Bağçalara növbəyə yazılma dayandırılıb

Cəmiyyət Materials 5 Avqust 2026 10:00 (UTC +04:00)
Bağçalara növbəyə yazılma dayandırılıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi bu gündən müvəqqəti dayandırılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, avqustun 5-dən etibarən 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılıb.

Qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi "mygov" portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti