İsrail ordusu Livanda gizli tuneli məhv edib

Dünya xəbərləri Materials 5 Avqust 2026 11:13 (UTC +04:00)
İsrail ordusu Livanda gizli tuneli məhv edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Sərbin kəndində onlarla metr uzunluğunda olan yeraltı tuneli məhv etdiyini bildirib.

Ordunun iddiasına görə, həmin tuneldən "Hizbullah" tərəfindən hərbçilərə qarşı hücumların hazırlanması və həyata keçirilməsi məqsədilə istifadə olunub.

Həmçinin bildirilib ki, son günlər Livanın cənubunda əməliyyat aparan hərbçilər "Hizbullah"a məxsus buraxılış qurğuları və raketlərin saxlanıldığı silah anbarı aşkar ediblər.

Bundan əlavə, İsrail hərbçilərinin müxtəlif növ onlarla silah, o cümlədən "Kalaşnikov" avtomatları, tank əleyhinə raketlər və digər döyüş sursatı və avadanlıqları aşkar etdiyi qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti