Portuqaliyada günəş enerjisi ilk dəfə elektrik istehsalının ən böyük mənbəyinə çevrilib

Dünya xəbərləri Xəbər 4 Avqust 2026 05:27 (UTC +04:00)
Portuqaliyada günəş enerjisi ilk dəfə elektrik istehsalının ən böyük mənbəyinə çevrilib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İyul ayında günəş enerjisi ilk dəfə olaraq Portuqaliyada elektrik enerjisi istehsalının ən böyük daxili mənbəyi olub.

Bu barədə bazar ertəsi ölkənin milli elektrik şəbəkəsinin operatoru "REN" məlumat yayıb.

Məlumatda bildirilib ki, iyul ayında günəş enerjisi Portuqaliyanın ümumi elektrik istehlakının 19 faizini təmin edib. Ümumilikdə isə bərpa olunan enerji mənbələri ölkənin elektrik enerjisinə olan tələbatının 53 faizini ödəyib.

Su elektrik stansiyalarının payı 16 faiz, külək enerjisinin payı 13 faiz, biokütlənin payı isə 5 faiz təşkil edib. Bərpa olunmayan enerji mənbələrinin ümumi istehlakdakı payı 13 faiz olub, qalan 34 faiz isə elektrik enerjisi idxalı hesabına qarşılanıb.

2026-cı ilin ilk yeddi ayında Portuqaliyada elektrik enerjisi istehlakının 68 faizi bərpa olunan enerji mənbələri hesabına təmin olunub. Bu dövrdə əsas pay su və külək enerjisinin, daha sonra isə günəş enerjisi və biokütlənin payına düşüb.

"REN"in məlumatına əsasən, ölkədə elektrik enerjisi istehlakı iyul ayında illik müqayisədə 3 faiz, yanvar-iyul dövründə isə 3,5 faiz artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti