Netanyahu Qəzza məsələsində Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib

Dünya xəbərləri Materials 4 Avqust 2026 11:18 (UTC +04:00)
Netanyahu Qəzza məsələsində Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Fələstinin HƏMAS hərəkatı ilə sülh sazişi məsələsində fikir ayrılıqlarının olduğunu bəyan edib.

Bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

"HƏMAS-la son razılaşma ilə bağlı Prezident Trampla fikir ayrılıqlarımız var, bunu gizlətmirəm", – deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, Qəzza zolağının bərpası mərhələsinə keçməzdən əvvəl HƏMAS tərksilah edilməli, Qəzza zolağı isə demilitarizasiya olunmalıdır.

Bundan əvvəl Tramp bildirmişdi ki, iyulun 30-da HƏMAS rəhbərliyi ilə aparılan danışıqlarda Sülh Şurası qruplaşmanın və Qəzzadakı bütün digər silahlı birləşmələrin tam tərksilahı barədə tarixi razılaşma əldə edib. ABŞ Prezidentinin sözlərinə görə, bu, Qəzzanın Sülh Şurası ilə sıx əməkdaşlıq edəcək yeni Fələstin hökuməti tərəfindən idarə olunmasına doğru atılmış mühüm addım olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti