Paşinyan Ermənistanın ABŞ-dəki keçmiş səfirini Aparat rəhbəri təyin edib

Dünya xəbərləri Materials 3 Avqust 2026 10:47 (UTC +04:00)
Paşinyan Ermənistanın ABŞ-dəki keçmiş səfirini Aparat rəhbəri təyin edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan bu posta təyin olunmasından sonra imzaladığı ilk sərəncamla Ermənistanın ABŞ-dəkı keçmiş səfiri Lilit Makuntsu baş nazirin baş müşavirinin səlahiyyətlərini müvəqqəti icra edən vəzifəsindən azad edib və onu Baş nazir Aparatının rəhbəri təyin edib.

Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

"Lilit Makunts baş nazirin baş müşavirinin səlahiyyətlərini müvəqqəti icra edən vəzifəsindən azad edilsin. Lilit Makunts Baş nazir Aparatının rəhbəri vəzifəsinə təyin edilsin”,-deyə Ermənistan hökumətinin rəsmi saytında dərc olunan sərəncamlarda deyilir.

Paşinyan daha əvvəl Makuntsun aparat rəhbəri təyin ediləcəyini, həmçinin müdafiə naziri Suren Papikyanın və daxili işlər naziri Arpine Sarkisyanın da öz əvvəlki vəzifələrinə yenidən təyin olunacaqlarını bildirmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti