Qəzzada İsrail əməliyyatları nəticəsində 19 fələstinli həlak olub

Dünya xəbərləri Materials 3 Avqust 2026 03:26 (UTC +04:00)
Qəzzada İsrail əməliyyatları nəticəsində 19 fələstinli həlak olub

Bakı. Trend:

Qəzza zolağında İsrail qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azı 19 fələstinlinin öldüyü bildirilir.

Bu barədə “Əl-Cəzirə” telekanalı anklavdakı xəstəxanalardakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ölənlərin 12-si Qəzza şəhəri və zolağın şimal hissəsində qeydə alınıb. Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bəlah şəhərində avtomobilə endirilən zərbə nəticəsində iki nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilib.

Həmçinin Xan Yunis şəhəri yaxınlığında və Cəbəlyada İsrail qüvvələrinin atəşi nəticəsində yaralananların olduğu qeyd edilib.

Digər beş fələstinlinin ölümü ilə bağlı əlavə məlumat verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti