İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı

Hadisə Materials 1 Avqust 2026 13:21 (UTC +04:00)
İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində oğurluq faktı qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək icarədarı olduğu mağazadan 2169 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə talandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı S.Cabbarov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla həmin şəxsin çalışdığı mağazadan hissə-hissə oğurladığı məhsulları satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti