Oman sahillərində tankerin yaxınlığında partlayış baş verib

Dünya xəbərləri Materials 3 Avqust 2026 02:54 (UTC +04:00)
Oman sahillərində tankerin yaxınlığında partlayış baş verib

Bakı. Trend:

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) Omanın şimal sahilləri yaxınlığında tankerə yaxın ərazidə partlayış baş verdiyini bildirib.

Bu barədə Koordinasiya Mərkəzinin açıqlamasında bildirilib

"UKMTO Omanın Xasab şəhərindən 20 kilometr şimal-şərqdə insident baş verməsi barədə məlumat alıb. Tankerin kapitanı gəminin yaxınlığında partlayış səsi eşitdiyini bildirib. Gəminin və ekipajın təhlükəsizlikdə olduğu qeyd olunur", - deyə qeyd olunub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti