Daha bir ölkə İspaniyanın Şengen zonasından çıxmasını istəyir

Dünya xəbərləri Materials 31 İyul 2026 22:15 (UTC +04:00)
Daha bir ölkə İspaniyanın Şengen zonasından çıxmasını istəyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniya Şengen zonasının xarici sərhədinin qanunsuz keçidlərdən mühafizəsi sahəsində görülən tədbirləri tamamilə iflasa uğradıb.

Bunu Finlandiyanın Daxili İşlər Naziri Mari Rantanen “X” sosial şəbəkəsində yazıb.

"Belə davam edə bilməz. Bütün Avropa ölkələri Meloninin (İtaliyanın Baş naziri Corcia Meloni - red) təklifini dəstəkləməlidir. Xarici sərhədlərin mühafizəsi ilə bağlı öhdəliklərini yerinə yetirməyən ölkələr Şengen zonasının üzvü ola bilməz", – deyə o əlavə edib.

Qeyd edək ki, bir gün əvvəl Mərakeşdən minlərlə miqrant qanunsuz şəkildə İspaniyanın Şimali Afrikadakı eksklavı olan muxtar Seuta şəhərinə daxil olub. Seuta Avropa İttifaqının Afrika ilə quru sərhədinə malik iki xarici sərhəd məntəqəsindən biridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti