Donald Tramp Venesuelanın xəritəsini növbəti dəfə "51-ci ştat" yazısı ilə paylaşıb

Dünya xəbərləri Materials 2 Avqust 2026 04:52 (UTC +04:00)
Donald Tramp Venesuelanın xəritəsini növbəti dəfə "51-ci ştat" yazısı ilə paylaşıb

Bakı. Bakı. Trend:

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp növbəti dəfə özünün “Truth” sosial media hesabında üzərində Venesuelanın xəritəsi və "51-ci ştat" yazısı olan şəkil paylaşıb.

Həmin şəkildə Bolivar Respublikasının ərazisi ABŞ-nin bayrağının rəngləri ilə rənglənib.

Qeyd edək ki, Donald Tramp əvvəllər də oxşar şəkillər paylaşıb. O, dəfələrlə Venesuela, Kanada və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ehtimalını müzakirə edib.

Bu il yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi hədəflərə hücum edib, Prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores tutularaq ABŞ-yə aparılıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti