Xəzərdə 711,4 kvadratkilometrlik ərazi külək elektrik stansiyaları üçün ayrılıb

Cəmiyyət Materials 31 İyul 2026 17:10 (UTC +04:00)
Xəzərdə 711,4 kvadratkilometrlik ərazi külək elektrik stansiyaları üçün ayrılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən su obyektinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərar qəbul edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərar elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin potensialından daha səmərəli istifadə olunması və dənizdə külək elektrik stansiyalarının tikintisinin təşviqi məqsədilə qəbul edilib.

Qərara əsasən, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən, ümumi sahəsi 711,4 kvadratkilometr olan su obyekti bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Sənədə su obyektinin yerləşdiyi məkanı, ölçülərini və sərhədlərini əks etdirən yerquruluşu xəritəsi də əlavə olunub.

Sənədə əsasən, həmin ərazidə elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı bütün tədbirlər Energetika Nazirliyi tərəfindən həyata keçiriləcək. Nazirlik bu prosesi Prezidentin 2 avqust 2023-cü il tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın tələblərinə uyğun təşkil etməlidir.

Qərarda qeyd olunur ki, sənəd qüvvəyə mindiyi tarixdən etibarən həmin 711,4 kvadratkilometrlik ərazidə külək elektrik stansiyalarının tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq veriləcək.

Qərarla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də konkret tapşırıq verilib. Komitə tikintiyə icazə verildiyi gündən, yaxud qanunvericilikdə müəyyən edilmiş müddətdə icazə verilmədiyi halda həmin müddət başa çatdıqdan sonra 3 gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.

Sənədə əsasən, qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti