İspaniya lideri miqrantların axınını ölkəsinə hücum kimi qiymətləndirib

Dünya xəbərləri Materials 31 İyul 2026 16:24 (UTC +04:00)
İspaniya lideri miqrantların axınını ölkəsinə hücum kimi qiymətləndirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniyanın Baş naziri Pedro Sançes Seutaya kütləvi miqrant axınının İspaniyaya qarşı hücum və ölkənin ərazi bütövlüyünün pozulması kimi dəyərləndirib.

“El Imparcial” nəşrinə görə, bu barədə Baş nazir Seutaya gəldikdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

"Baş verənlər qəti şəkildə pislənməli və qınanmalıdır", – deyə Sançes bildirib

O əlavə edib ki, hökumət vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dövlətin bütün resurslarını səfərbər edəcək.

Qeyd edək ki, bir gün əvvəl Mərakeşdən minlərlə miqrant qanunsuz şəkildə İspaniyanın Şimali Afrikadakı eksklavı olan muxtar Seuta şəhərinə daxil olub. Seuta Avropa İttifaqının Afrika ilə quru sərhədinə malik iki xarici sərhəd məntəqəsindən biridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti