Almaniyada ildırım vuran təyyarə məcbur eniş edib

Dünya xəbərləri Materials 31 İyul 2026 22:00 (UTC +04:00)
Almaniyada ildırım vuran təyyarə məcbur eniş edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ştutqart–Vyana reysini yerinə yetirən Almaniyanın “Eurowings” aviaşirkətinə məxsus təyyarə ildırım vurması səbəbindən havaya qalxdıqdan bir müddət sonra Ştutqart aeroportuna məcburi eniş edib.

Bu barədə “Bild” qəzeti yazır.

Məlumata görə, təyyarənin göyərtəsində 106 sərnişin və ekipaj üzvü olub.

Hadisə cümə axşamı axşam saatlarında baş verib. Airbus A320 havaya qalxdıqdan sonra onu ildırım vurub. Təhlükəsizlik məqsədilə pilotlar Ştutqart hava limanına geri qayıtmaq qərarı veriblər.

Təyyarə havaya qalxdıqdan təxminən 40 dəqiqə sonra hava limanına uğurlu eniş edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti