Beyləqanda ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb

Hadisə Materials 31 İyul 2026 20:40 (UTC +04:00)
Beyləqanda ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Beyləqan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, üç nəfərin isə ağır xəsarət alması ilə nəticələnib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Əliyev Şəfa Süleyman oğlu hadisə yerində vəfat edib.

Qəza zamanı avtomobildə olan 1997-ci il təvəllüdlü Əliyev Əlizamin Şəfa oğlu, 1988-ci il təvəllüdlü Həsənov Həsən Əbilqasım oğlu və 1979-cu il təvəllüdlü Məmmədov Zəfər Gülmirzə oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, hadisəsi səbəbilə 4 nəfər (kişi) saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti