Emoməli Rəhmon Mərkəzi Asiyada iri neft-emalı zavodunun tikintisini təklif edib

İqtisadiyyat Materials 31 İyul 2026 12:45 (UTC +04:00)
Emoməli Rəhmon Mərkəzi Asiyada iri neft-emalı zavodunun tikintisini təklif edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Çolpan-Ata

Tacikistan Mərkəzi Asiya regionunda ən müasir texnologiyalar əsasında iri neft emalı zavodunun tikintisini təklif edir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə deyib.

"Əvvəlki sammitdə əməkdaşlığın bütün istiqamətləri üzrə konkret tədbirlərin görülməsinə xüsusi diqqət yetirmişdik. Ölkəmizin onların praktiki həyata keçirilməsi üçün birgə səyləri davam etdirməyə hazır olduğunu bir daha vurğulayıram. Tacikistan həmişə regional gündəliyin mühüm məsələlərinə praqmatik və qarşılıqlı faydalı yanaşmanın ardıcıl tərəfdarı olub və olaraq qalır. Məlumdur ki, bu gün regional və qlobal enerji bazarlarında formalaşan gərgin vəziyyət bizim maraqlarımıza da birbaşa təsir göstərir. Bu baxımdan dayanıqlı inkişafın əsas amillərindən biri olan enerji təhlükəsizliyi məsələsi üzərində daha ətraflı dayanmaq istəyirəm. Mən bu mövzuya əvvəlki görüşlərimizdə də toxunmuşdum. Gəlin, mövcud reallıqları nəzərə alaraq, bu aktual məsələ üzərində hamılıqla ciddi düşünək. Konkret olaraq, aidiyyəti qurumlarımıza regionda ən müasir texnologiyalar əsasında iri neft emalı zavodunun tikintisi məsələsini işləyib hazırlamağı tapşırmağı təklif edirəm", – deyə o bildirib.

Rəhmon qeyd edib ki, bununla yanaşı, ilk növbədə region ölkələrinin strateji əhəmiyyət daşıyan neft məhsullarına olan daxili tələbatı nəzərə alınmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti