Yaponiyada zəlzələ qurbanlarının sayı 36 nəfərə çatıb

Dünya xəbərləri Materials 1 Avqust 2026 09:34 (UTC +04:00)
Yaponiyada zəlzələ qurbanlarının sayı 36 nəfərə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiyanın Küsü adasındakı Kumamoto prefekturasında baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 36-ya çatıb. 136 nəfər müxtəlfi dərəcəli xəsarətlər alıb.

Bu barədə prefekturanın hakimiyyət orqanları və xilasetmə xidmətlərinin açıqladığı ümumiləşdirilmiş bəyanatda bildirilir.

Zəlzələ nəticəsində təxminən 50 min yaşayış evi elektrik enerjisiz qalsa da, şənbə gününədək elektrik təchizatı tam bərpa edilib. Bununla belə, 70 mindən çox təsərrüfatda su təchizatında fasilələr davam edir. Ən azı 9 min nəfər hələ də təxliyə mərkəzlərində qalır.

İyulun 28-də baş vermiş 7,1 bal gücündə zəlzələ son illərdə Yaponiyada qeydə alınmış ən güclü zəlzələlərdən biri hesab olunur. Fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə xilasetmə və ixtisaslaşmış xidmətlərlə yanaşı, Yaponiyanın Özünümüdafiə Qüvvələrinin təxminən 4,6 min hərbi qulluqçusu da cəlb olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti