Bəzi ərazilərdə qaz olmayacaq

Cəmiyyət Materials 31 İyul 2026 05:58 (UTC +04:00)
Bəzi ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Bu gün Abşeron rayonunun və Bakı şəhərinin bir hissəsində qaz olmayacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Lökbatan qəsəbəsinin tam olaraq, Qobu qəsəbəsinin bir hissəsinin, Nizami rayonunun R.Rüstəmov, E.Süleymanov, Q.Qarayev və C.Naxçıvanski küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti