ABŞ Çin, Hindistan, Rusiya və İrandan altı qurum və şəxsə sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 31 İyul 2026 00:20 (UTC +04:00)
ABŞ Çin, Hindistan, Rusiya və İrandan altı qurum və şəxsə sanksiya tətbiq edib

Bakı. Trend:

ABŞ Çin, Hindistan, Rusiya və İranda İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) dəstək verdiyi bildirilən altı qurum və fiziki şəxsə sanksiya tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, sanksiyalar İranın silah, hərbi personal və avadanlığın daşınması üçün istifadə etdiyi iddia olunan “Mahan Air” aviaşirkətinə dəstək göstərən qurumları da əhatə edir.

Açıqlamada qeyd olunub ki, ABŞ beynəlxalq ictimaiyyəti, xüsusilə də “Mahan Air” və ya sanksiyalara məruz qalan digər İran aviadaşıyıcıları ilə əməkdaşlıq edən şirkət və şəxsləri bu cür əlaqələrin davam etdirilməsinin yaratdığı ciddi riskləri nəzərə almağa çağırır.

Xəbər lenti

Xəbər lenti