Bakı.Trend:
Son 3 həftə ərzində ilk dəfə olaraq Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankeri Hörmüz boğazından uğurlu şəkildə keçib.
Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Qətər tankeri rəsmi Tehrandan müvafiq icazəni adlıqdan sonra İranın təsdiqlədiyi marşrut üzrə hərəkət edərək Hörmüzü tərk edib.
"Bloomberg" agentliyinin gəmi izləmə məlumatlarına əsasən, tanker transponderi aktiv vəziyyətdə Hörmüz boğazını keçərək Oman körfəzinə daxil olub.
“MarineTraffic” platformasının məlumatları da gəminin Pakistana doğru hərəkət etdiyini göstərib.
