Dövlət qiymətli kağızların həcmi son 8 ildə 7 dəfəyədək artıb

İqtisadiyyat Materials 30 İyul 2026 11:08 (UTC +04:00)
Dövlət qiymətli kağızların həcmi son 8 ildə 7 dəfəyədək artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişfının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə vəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızların həcmi təqribən 6,8 dəfə artaraq 2026-cı il 1 iyul tarixinə 7 milyard 234,6 milyon manata çatıb.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

2026-cı ilin birinci yarımili ərzində dövlət büdcəsində nəzərdə tutulmuş daxili dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrəfaiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 275,9 milyon manat məbləğində vəsait istifadə edilib.Eyni zamanda 1 milyard 971,9 milyon manat məbləğindədövlət istiqrazları üzrə vaxtı çatmış əsas borc vəsaitiinvestorlara geri ödənilib, habelə 200 milyon manat məbləğində dövlət istiqrazları daxili maliyyə bazarında yerləşdirilib.

Hesabat tarixinə dövriyyədə olan 7 milyard 234,6 milyon manat məbləğində dövlət qiymətli kağızların 51,6 faizi 5 ilədək, 48,4 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına düşür.

“2025-ci ildə ortamüddətli dövlət istiqrazlarının dövriyyə müddəti əsasən 5-10 il olan dövlət istiqrazları ilə əvəz olunması, cari ilin 1 iyul tarixinə qısamüddətli dövlət istiqrazlarının ödənilərək dövriyyədən çıxarılması və daxili maliyyə bazarında uzunmüddətli dövlət istiqrazlarının yerləşdirilməsi dövlət istiqrazları üzrə Orta Ödəmə Müddətinin (OÖM) artaraq 3,86 il təşkil etməsinə səbəb olub”, - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti