Bakı. Trend:
ABŞ Federal Ehtiyat Sistemi (FES) federal fondlar üzrə faiz dərəcəsini illik 3,5–3,75 faiz diapazonunda saxlayıb.
Bu barədə Federal Açıq Bazar Əməliyyatları Komitəsi (FOMC) məlumat yayıb.
Qərar analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.
FOMC-nin 12 üzvündən 9-u faiz dərəcəsinin əvvəlki səviyyədə saxlanılmasının lehinə səs verib.
Klivlend, Minneapolis və Dallas Federal Ehtiyat Banklarının rəhbərləri Bet Hammak, Nil Kaşkari və Lori Loqan isə son iclasda faiz dərəcəsinin 25 baza bəndi artırılmasının tərəfdarı olublar.
FOMC-nin bəyanatında deyilir: "Yaxın Şərqdəki münaqişənin qismən səbəb olduğu yüksək qeyri-müəyyənliyə baxmayaraq, iqtisadi fəallıq sabit templərlə artır. Əmək məhsuldarlığının artımı və kapital qoyuluşları yüksək səviyyədə qalır."