“Neftçi” Konfrans Liqası ilə vidalaşıb

İdman Materials 30 İyul 2026 23:06 (UTC +04:00)
“Neftçi” Konfrans Liqası ilə vidalaşıb

Bakı. Trend:

Bu gün “Neftçi” Konfrans Liqasının ikinci təsnifat mərhələsində cavab oyununu keçirib.

Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Belarusun “Dinamo”(Minsk) klubu ilə neytral meydanda qarşılaşıb. Matç təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşsa da, ilk oyundakı 2:4 hesablı məğlubiyyət mübarizəni dayandırmağa kifayət edib.

21:00 “Dinamo”(Minsk) – “Neftçi” (Azərbaycan) 0:1
Qol:
Breno Almeyda, 12
Beroe stadionu, Stara Zaqora (Bolqarıstan). Baş hakim: Tim Marşal (Şimali İrlandiya)

İlk oyun: 4-2

Xəbər lenti

Xəbər lenti