Tramp və Səudiyyə Ərəbistanının müdafiə naziri İranla münaqişəni müzakirə ediblər

Dünya xəbərləri Materials 30 İyul 2026 05:51 (UTC +04:00)
Tramp və Səudiyyə Ərəbistanının müdafiə naziri İranla münaqişəni müzakirə ediblər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Al Səud iyulun 29-da Vaşinqtonda keçirilən görüşdə İranla bağlı münaqişəni müzakirə ediblər.

Bu barədə Axios portalının və İsrailin 12-ci telekanalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində Amerika rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, nazir Trampa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudun İranla müharibə və regionda gərginliyin artması ilə bağlı mesajını çatdırıb. Mesajın məzmunu isə açıqlanmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti