İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırdır - İsrail Katz

İqtisadiyyat Materials 28 İyul 2026 16:54 (UTC +04:00)
İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırdır - İsrail Katz
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrail İranın enerji obyektlərinə zərbə endirməyə hazırdır, lakin Vaşinqton hələlik buna razılıq vermir.

Belə bir bəyanatla İsrailin Müdafiə naziri İsrail Katz “C14” telekanalına verdiyi müsahibədə çıxış edib.

"Biz həqiqətən də İranın enerji obyektlərinə zərbə endirmək istəyirik. Lakin ABŞ hazırda buna razılıq vermir, çünki bu, qonşu ölkələrə zərər vuracaq və qlobal neft böhranına səbəb olacaq", – deyə müdafiə naziri bildirib.

Onun sözlərinə görə, "İsrail Müdafiə Qüvvələri müvafiq göstəriş alıb və İrana təkbaşına zərbə endirməyə hazırlaşır".

"İndi biz (İsrail-red.) artıq tək deyilik, ABŞ də var. Görək onlar nə edəcəklər – kampaniyaya yenidən qoşulacaqlarmı, yoxsa başqa üsullarla hərəkət edəcəklər", – deyə o əlavə edib.

İsrailin müdafiə nazirinin fikrincə, ABŞ və İran arasında İsrailin konkret maraqlarından kənara çıxan müəyyən məsələlər mövcuddur. Məsələn, Hörmüz boğazı və ya enerji məsələləri.

"Mən də, Baş nazir Benyamin Netanyahu da bəyan etmişik ki, İsrailə qarşı atəş açılsa, biz bütün gücümüzlə cavab verəcəyik", – deyə Kats vurğulayıb.

O qeyd edib ki, bir neçə saat sonra Netanyahunun ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşün dialoq xarakteri daşıyacağını ehtimal edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti