Barselona metrosundakı yanğından 140-a yaxın insan zərər çəkib

Dünya xəbərləri Materials 28 İyul 2026 10:53 (UTC +04:00)
Barselona metrosundakı yanğından 140-a yaxın insan zərər çəkib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ötən gün İspaniyanın Barselona şəhərinin metrosunda "Klot" və "Qloryes" stansiyaları arasındakı hissədə yanğın baş verib.

Yerli KİV-in məlumatına görə, qatarın maşinisti alovu təxminən 50 metr məsafədən görərək təcili əyləcə basıb və fövqəladə xidmətlərə məlumat verib.

Belə hallarda adətən sərnişinlərə yanğınsöndürənlərin gəlməsini gözləmək tövsiyə olunsa da, vaqonları bürüyən sıx tüstü səbəbindən nəfəs almaq mümkün olmayıb. Buna görə sərnişinlər qapıları açaraq tunel boyunca qaçmağa başlayıblar. Yanğın baş verən vaxt metroda təxminən 300 nəfər olub.

137 nəfər tənəffüslə əlaqədar problemlərlə üzləşdiyi, onlara ilkin tibbi yardım göstərildiyi bildirilir.

Metro operatoru olan şirkətin direktoru Xavyer Floresin sözlərinə görə, yanğın üzlük konstruksiyasının çökməsi nəticəsində baş verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti