Azərbaycanda həyat sığortası bazarı böyüyüb

İqtisadiyyat Materials 28 İyul 2026 13:12 (UTC +04:00)
Azərbaycanda həyat sığortası bazarı böyüyüb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda həyat sığortası bazarı böyüyüb.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növləri üzrə 516,4 milyon manat sığorta haqqı toplanıb.

Bankın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.

Bundan əlavə, AMB-nin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında həyat sığortası növləri üzrə 402,1 milyon manat sığorta ödənişi həyata keçirilib.

Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz artıb.

Xatırladaq ki, AMB-nin məlumatına görə, cari ilin yanvar–iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 867,396 milyon manat sığorta haqqı toplanıb.

AMB-nin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50,3 milyon manat və ya 6,16 faiz çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi 549,682 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 117,5 milyon manat və ya 27,2 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abbas Miskərli Trend-ə özəl müsahibəsində bildirib ki, Azərbaycanda sığorta bazarı sahəsində yeni islahatlara hazırlıq görülür.

İcraçı direktor əlavə edib ki, Azərbaycanın sığorta qanunvericiliyində aparılan davamlı yeniliklər də xarici tərəfdaşların marağına səbəb olur.

“Mərkəzi Bank sığorta sektorunun inkişafı istiqamətində ardıcıl iş aparır. Qanunvericilikdə edilən dəyişikliklər, qarşılaşdığımız problemlər və onların həlli yolları digər ölkələr üçün də faydalı təcrübə rolunu oynayır”, - deyə A.Miskərli bildirib.

O, həmçinin yaxın dövrdə sığorta sektorunda bir sıra mühüm yeniliklərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

“Forum çərçivəsində səsləndirilən çıxışlarda da qeyd olunduğu kimi, sığorta qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklərin bir hissəsi sığorta vasitəçilərinin fəaliyyətini əhatə edəcək”, - deyə o qeyd edib.

A.Miskərlinin sözlərinə görə, fiziki şəxslər üçün icbari əmlak sığortasının təkmilləşdirilməsi istiqamətində də işlər aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti