“Apple” yenidən dünyanın ən bahalı şirkəti olub

Dünya xəbərləri Materials 28 İyul 2026 06:57 (UTC +04:00)
“Apple” yenidən dünyanın ən bahalı şirkəti olub

Bakı. Trend:

ABŞ-nin “Apple” korporasiyası bazar kapitallaşmasına görə “Nvidia” şirkətini geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti olub.

Nasdaq birjasında “Apple” səhmləri 1,17 faiz bahalaşaraq 336,91 dollara yüksəlib. Eyni vaxtda “Nvidia”nın səhmləri 4,99 faiz ucuzlaşaraq 196,51 dollara düşüb.

Nəticədə “Apple”in bazar kapitallaşması 4,95 trilyon dollara, “Nvidia”nın isə 4,76 trilyon dollara çatıb. İlk beşlikdə, həmçinin “Alphabet”, “Microsoft” və “Amazon” şirkətləri yer alıb.

“Bloomberg”in məlumatına görə, “Apple”nin yenidən liderliyə yüksəlməsi texnologiya sektoruna investisiya axınının artması və “Nvidia” səhmlərinin ucuzlaşması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti