Kanadada meşə yanğınları sürətlə genişlənir

Dünya xəbərləri Materials 27 İyul 2026 11:20 (UTC +04:00)
Kanadada meşə yanğınları sürətlə genişlənir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Kanadanın Britaniya Kolumbiyası əyalətində güclü meşə yanğınları səngimək bilmir.

Bu barədə CBC telekanalı məlumat yayıb.

Yanğınsöndürmə briqadaları iki əsas yanğın ocağını hələ də lokallaşdıra bilməyiblər.

Əyalətin yanğınla mübarizə xidmətinin məlumatına görə, Tompson-Nikol dairəsində davam edən meşə yanğınının əhatə etdiyi ərazi 66 min hektarı ötüb.

Havanın quru və isti keçməsi yanğınsöndürənlərin alovla mübarizəsini çətinləşdirir. Ən azı 20 yaşayış evi və digər tikili yanaraq məhv olub. Yaralananlar barədə məlumat verilməyib.

Britaniya Kolumbiyası hökuməti bildirib ki, hazırda əyalət ərazisində 145 aktiv yanğın ocağı qeydə alınıb. Onların söndürülməsinə 1 000-ə yaxın xilasedici, yüzlərlə xüsusi texnika, o cümlədən 162 təyyarə və helikopter cəlb edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti