Bakı.Trend:
İordaniya hərbi hava qüvvələrinə aid qırıcılar ölkə ərazisindəki obyektlərə hədəflənmiş iki pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Bu barədə “Petra” xəbər agentliyi krallığın Silahlı Qüvvələr Baş Kommandanlığından olan mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl İsrail Müdafiə Nazirliyi də İordaniya ilə sərhəddə iki PUA-nın zərərsizləşdirildiyini bəyan etmişdi.
