İspaniyada anomal istilərə görə ölənlərin sayı artır

Dünya xəbərləri Materials 27 İyul 2026 13:53 (UTC +04:00)
İspaniyada anomal istilərə görə ölənlərin sayı artır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniyada 2026-cı ildə isti hava şəraiti fonunda 3,8 mindən çox insan həyatını itirib.

Bu barədə Madriddə keçirilən tədbirdə İspaniyanın Baş naziri Pedro Sançes bildirib.

Onun sözlərinə görə, cari ildə ölkədə baş vermiş meşə yanğınları təxminən 150 min hektar ərazini məhv edib, 13 nəfər həlak olub.

"Qiymətləndirmələrə əsasən, İspaniyada isti hava səbəbindən ölənlərin sayı 3,8 min nəfəri ötüb", – deyə Baş nazir vurğulayıb.

"İqlim böhranı daha həssas qruplara daha güclü təsir göstərir, – deyə Sançes əlavə edib. – Bunlar iqlimlə bağlı fövqəladə vəziyyətin təsirlərini dəf etmək imkanları daha məhdud olan insanlardır. Buraya yaşlılar, uşaqlar, əlbəttə ki, yüksək temperatur şəraitində çalışanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər daxildir", - o qeyd edib.

Bundan əvvəl İspaniya meteoroloqları bildirmişdilər ki, 2026-cı ilin ilk yarısı son 65 ilin ən isti dövrü olub. Öz növbəsində, cari ilin iyun ayı meteoroloji müşahidələr tarixində ikinci ən isti ilk yay ayı kimi qeydə alınıb və yalnız 2025-ci ilin iyun ayından geri qalıb. Orta temperatur iqlim normasını 3,2 dərəcə üstələyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti