Azərbaycan İstanbul şəhərinə yeni baş konsul təyin edib

Siyasət Materials 27 İyul 2026 13:29 (UTC +04:00)
Azərbaycan İstanbul şəhərinə yeni baş konsul təyin edib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Qeyd edək ki, Zamin Məmməd oğlu Əliyev buna qədər Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsini icra edirdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti