Külək səbəbindən bir nəfər xəsarət alıb - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 27 İyul 2026 12:02 (UTC +04:00)
Külək səbəbindən bir nəfər xəsarət alıb - Səhiyyə Nazirliyi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Küləkli hava ilə əlaqədar baş vermiş hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

"Aparılan müayinələr nəticəsində pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.

Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunur", - məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti