Ağdamda yenə yanğın başlayıb

Hadisə Materials 25 İyul 2026 13:42 (UTC +04:00)
Ağdamda yenə yanğın başlayıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam rayonunda növbəti yanğın hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, növbəti yanğın rayonun Papravənd kəndi ərazisində minalanmış açıq ərazidə baş verib.

Yanğın 20 hektara yaxın ərazini əhatə edir.

Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 avtomobili və Ağdərə rayonun 1 avtomobili şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, iki gün əvvəl rayonun keçmiş təmas xətti boyunca yerləşən Baş Qərvənd, Bayramlar, Şıxlar, Cəvahirli və Çıraqlı kəndlərində də yanğın baş vermişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti