Ukraynanın Xəzər dənizində gəmiyə hücumu cavabsız qalmayacaq - Əraqçi

Dünya xəbərləri Materials 27 İyul 2026 04:42 (UTC +04:00)
Ukraynanın Xəzər dənizində gəmiyə hücumu cavabsız qalmayacaq - Əraqçi
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Əraqçi Ukraynanın Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücumunun cavabsız qalmayacağını bəyan edib.

Nazir bu barədə X sosial media hesabında paylaşım edib.

Əraqçi bildirib ki, məsələ ilə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışıqları aparıb. Bildirib ki, bu hərəkət cavabsız qalmamalıdır.

Nazirin sözlərinə görə, sözügedən hücum və onun mümkün nəticələri telefon danışığı zamanı müzakirə olunub.

Xatırladaq ki, İranın ticarət gəmisinə hücum nəticəsində bir dənizçi həyatını itirib.

Xəbər lenti

Xəbər lenti