Putin Omska yollanır

Dünya xəbərləri Materials 24 İyul 2026 15:56 (UTC +04:00)
Putin Omska yollanır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Prezidenti Vladimir Putin İrkutskdan sonra Qazaxıstanla birgə tədbirin keçirilməsi planlaşdırılan Omska yollanacaq. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

İyulun 24-də Rusiyalı dövlət başçısı İrkutsk Aviasiya Zavoduna gəlib. Peskov jurnalistlərə açıqlamasında bildirib ki, zavoda səfər bundan əvvəl Moskva vilayətində keçirilmiş aviasiya sənayesinin inkişafına dair müşavirənin davamı kimi təşkil olunub.

"Mövzunun davamı olaraq Omska - Qazaxıstanla birgə tədbirin planlaşdırıldığı şəhərə getməzdən əvvəl İrkutska baş çəkmək qərara alındı", – deyə Kremlin nümayəndəsi bildirib.

Hazırda Omskda Rusiya və Qazaxıstanın Regionlararası Əməkdaşlıq üzrə XXII Forumu keçirilir. Forum 2003-cü ildən təşkil olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti