Çində daşqın 10 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 26 İyul 2026 17:09 (UTC +04:00)
Çində daşqın 10 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Çinin şimal-qərbindəki Qansu əyalətində qısa müddət davam edən şiddətli yağışın yaratdığı daşqın nəticəsində 10 nəfər ölüb, 23-ü xəsarət alıb.

Hadisə günorta vaxtı Veyyuan rayonundakı mənzərəli ərazidə baş verib. Ölən və xəsarət alanlar ərazidə düşərgə quran turistlər olublar.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti