Rumıniya qırıcısı hava məkanını pozan PUA-nı zərərsizləşdirib

Dünya xəbərləri Materials 24 İyul 2026 15:22 (UTC +04:00)
Rumıniya qırıcısı hava məkanını pozan PUA-nı zərərsizləşdirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rumıniyaya məxsus F-16 qırıcısı ölkənin hava məkanına daxil olmuş naməlum pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu barədə Rumıniya Prezidenti Nikuşor Dan "X" sosial şəbəkə platformasında məlumat verib.

“Bu gün səhər saat 11:00 radələrində Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının pilotu ölkəmizin hava məkanını pozan pilotsuz uçuş aparatını məhv edib", – deyə dövlət başçısı yazıb.

Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır

Məqalədə:

Xəbər lenti

Xəbər lenti