Yürgen Klopp Almaniya Milli Komandasına baş məşqçi təyin olundu

Dünya xəbərləri Materials 24 İyul 2026 15:42 (UTC +04:00)
Yürgen Klopp Almaniya Milli Komandasına baş məşqçi təyin olundu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Tanınmış futbol mütəxəsisi Yürgen Klopp Almaniya futbol millisinin baş məşqçisi vəzifəsinə təyin edilib. Onun müqaviləsi 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulub. Klopp 2026-cı il dünya çempionatının 1/16 finalında Paraqvaya məğlub olaraq turnirlə vidalaşdıqdan sonra istefa verən Yulian Naqelsmannı əvəz edib.

Bu barədə "Forbes" nəşri yazıb.

Almaniya Futbol İttifaqı Yürgen Kloppun milli komandanın baş məşqçisi vəzifəsinə təsdiqləndiyini rəsmən elan edib. Müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq. Klopp komandanı 2028-ci il Avropa çempionatında və 2030-cu il dünya çempionatında çalışdıracaq.

Onun məşqçilər korpusunda Peter Kravits, Pep Linders və Almaniya millisinin sabiq futbolçusu Sven Bender yer alacaqlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti