Tanınmış tennisçi futbolçu oldu

Dünya xəbərləri Materials 25 İyul 2026 20:59 (UTC +04:00)
Tanınmış tennisçi futbolçu oldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstriyalı tennisçi - dünya reytinqinə düşən üçüncü tennis ustası Dominik Tiem futbolla məşğul olmaq qərarına gəlib.

Bu barədə RBK məlumat yayıb.

32 yaşlı idmançı Avstriya çempionatının səviyyəsinə görə səkkizinci divizionunda çıxış edən “Baden” klubu ilə müqavilə imzalayıb.

“Onun həm də yaxşı futbolçu olduğunu eşitmişik. Burada oynayacağını gözləyirəm. Amma əsas heyətdə yer qazanmaq üçün hər kəs mübarizə aparmalıdır”,-deyə komandanın direktoru Sergey Petroviç deyib.

Tiemin hesabında ATP turnirlərində fərdi yarışlarda 17 titul var. Avstriyalı tennisçi 2020-ci ildə “US Open” turnirinin qalibi olub. O, həmçinin “Australian Open” (2020) və “Roland Garros” (2018, 2019) turnirlərində finala yüksəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti