Fransada son 50 ilin ən genişmiqyaslı meşə yanğını qeydə alınıb

Dünya xəbərləri Materials 25 İyul 2026 07:30 (UTC +04:00)
Fransada son 50 ilin ən genişmiqyaslı meşə yanğını qeydə alınıb

Bakı. Trend:

Fransanın cənub-qərbində baş verən və 14 min hektardan artıq ərazini əhatə edən meşə yanğını ölkədə son 50 ilin ən böyük və ən dağıdıcı yanğını kimi qeydə alınıb.

Bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, yanğın miqyasına görə 2022-ci ildə Jironda departamentinin Landira kommunasında baş vermiş və 12,5 min hektardan çox meşə sahəsini məhv etmiş yanğını geridə qoyub. Hazırkı yanğının əhatə etdiyi ərazi artıq Paris şəhərinin ümumi sahəsindən də böyükdür.

"Le Figaro" meşə yanğınları üzrə məlumat bazasına istinadən bildirib ki, son 50 ilin ən iri yanğınları sırasında həmçinin Var departamentinin Vidoban kommunasında baş vermiş və 11,5 min hektar ərazini əhatə etmiş yanğın da yer alır.

Bundan əvvəl Fransanın daxili işlər naziri Loran Nunyes TF1 telekanalına açıqlamasında bildirmişdi ki, küləyin istiqamətinin dəyişməsindən sonra Jironda departamentindəki alov Bordo istiqamətində yayılmağa başlayıb. Nazirin sözlərinə görə, təhlükəli ərazilərdən indiyədək təxminən 110 min nəfər təxliyə olunub.

Xəbər lenti

Xəbər lenti