ÇSKA-"Qarabağ" cavab oyununun biletləri satışa çıxarılır

İdman Materials 25 İyul 2026 12:47 (UTC +04:00)
ÇSKA-"Qarabağ" cavab oyununun biletləri satışa çıxarılır
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) – "Qarabağ" cavab oyunu üçün biletlər bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq.

Bu barədə Ağdam klubunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, biletləri iTicket.az vasitəsilə onlayn şəkildə almaq mümkün olacaq. Bir biletin qiyməti 28 AZN təşkil edir.

Sofiyadakı "Vasil Levski" arenasında "Qarabağ" azarkeşləri üçün 800 yer ayrılıb.

Qeyd edək ki, oyun iyulun 30-da Sofiyada baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti