Məhərrəmlik nə vaxt bitir?

Cəmiyyət Materials 25 İyul 2026 17:00 (UTC +04:00)
Məhərrəmlik nə vaxt bitir?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Səfər ayı avqustun 13-ü bitir və avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar.

Bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib.

Onun sözlərinə görə, Məhərrəm ayı artıq çıxıb. Bu gün artıq Səfər ayının 11-dir. İmamın qırxına qədər milli adət-ənənələrə və mənəvi dəyərlərə görə toy məclisləri keçirilmir:

“Miladi təqvimdə aylar 30 və 31 gün olur, yalnız fevral ayı 28 və ya 29 gündən ibarətdir. Müsəlman təqvimində isə aylar 29 və 30 gün olur. Məhərrəm ayı artıq bitib, indi Səfər ayının 11-dir. Adət-ənənəyə görə, İmamın qırxına qədər toy edilmir. İmamın qırxı isə Səfər ayının 20-də çıxır. Ondan sonra da daha on gün gözlənilir. Səfər ayı bəzən bəzən 29, bəzən isə 30 gün olur. Bu il Səfər ayı avqustun 13-də bitəcək. Avqustun 14-ü artıq Rəbiül-əvvəl ayının biri olacaq. Bu, müsəlman təqviminin üçüncü ayıdır. Avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar”.

Qeyd edək ki Azərbaycanda Məhərrəm ayı iyunun 16-sı başlamışdı. Aşura günü isə 25 iyun 2026-cı il tarixinə təsadüf edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti