Konqoda Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Dünya xəbərləri Materials 25 İyul 2026 15:23 (UTC +04:00)
Konqoda Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Demokratik Konqo Respublikasında (DRK) Ebola virusundan təsdiqlənmiş ölüm hallarının sayı 1 309-a çatıb.

Bu barədə ölkənin Rabitə və Media Məsələləri Nazirliyi məlumat yayıb.

Ebola virusuna yoluxanların sayı 2 973 nəfər təşkil edir. Ölüm göstəricisi 44,0 faizdir.

Hazırda xəstəxana və təcridxanalarda Ebola virusuna yoluxduğundan şübhələnilən 766 nəfər var. Ebola virusuna yoluxmuş şəxslərlə təmasda olanların izlənilməsi göstəricisi 73,9 faiz təşkil edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti