Sumqayıtda dənizdə batan 25 yaşlı gəncin meyiti tapılıb

Hadisə Materials 25 İyul 2026 22:17 (UTC +04:00)
Sumqayıtda dənizdə batan 25 yaşlı gəncin meyiti tapılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sumqayıt şəhərində dənizdə batan şəxsin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində, ən yaxın xilasetmə məntəqəsindən 1,5 kilometr aralıda yerləşən nəzarətsiz dəniz sahəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb edilib.

Axtarışlar nəticəsində 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti