Bakı.Trend:
Çin “Noul” tayfunu ilə əlaqədar ölkədə narıncı xəbərdarlıq elan edib.
Məlumata görə, tayfunun iyulun 25-i axşam saatlarından iyulun 26-sı səhərədək Quandun əyalətinin Çjuhay şəhəri ilə Futszyan əyalətinin Çjanpu rayonu arasındakı sahil zolağına çatacağı gözlənilir.
Yerli vaxtla cümə günü saat 08:00-dan şənbə günü saat 08:00-dək Tayvan adasının şərq və cənub hissələrinin bəzi bölgələrində güclü və leysan xarakterli yağışların yağacağı proqnozlaşdırılır. Eyni zamanda küləyin sürətinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Çində tayfunlarla bağlı dördpilləli xəbərdarlıq sistemi tətbiq olunur. Bu sistemdə qırmızı ən yüksək təhlükə səviyyəsini ifadə edir. Ondan sonra narıncı, sarı və mavi təhlükə səviyyələri gəlir.
