İcbari tibbi sığorta şəhadətnaməsi elektronlaşdırılır

Siyasət Materials 24 İyul 2026 13:25 (UTC +04:00)
İcbari tibbi sığorta şəhadətnaməsi elektronlaşdırılır
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada müvafiq elektron informasiya sistemində yaradılacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlara dəyişikliklərdə öz əksinin tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Dəyişikliyə əsasən, "Tibbi sığorta haqqında" qanuna icbari tibbi sığorta fondu anlayışı əlavə edilib. İcbari tibbi sığorta fondu dedikdə dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu nəzərdə tutulur.

Bundan başqa icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsasları müəyyən edilir.

Həmçinin sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti