Hindistanda təhsil naziri tələbələr və “tarakanlar”ın təzyiqi ilə istefa verib

Dünya xəbərləri Materials 26 İyul 2026 01:57 (UTC +04:00)
Hindistanda təhsil naziri tələbələr və “tarakanlar”ın təzyiqi ilə istefa verib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın təhsil naziri Dharmendra Pradhan universitet imtahanlarında baş verən saxtakarlıq qalmaqalı fonunda keçirilən etiraz aksiyalarının altıncı günündə – iyulun 25-də hökumətdən istefa verdiyini açıqlayıb.

Nazir X sosial şəbəkəsində yazıb: “Cantar Mantar meydanında və ölkədə yaranmış vəziyyəti nəzərə alaraq istefa ərizəmi baş nazirə göndərmək qərarına gəldim.”

Bu açıqlamadan sonra paytaxt Nyu-Dehlidə universitet imtahanlarındakı saxtakarlıqlara etiraz edən tələbələrin nümayəndələri aksiyalara son verdiklərini bildiriblər.

“Bütün etirazçılardan dinc şəkildə evlərinə qayıtmalarını xahiş edirik”, – deyə internetdə yaranmış və etiraz hərəkatına rəhbərlik edən “Tarakanlar Xalq Partiyası”nın sözçüsü Aşutoş Ranka jurnalistlərə bildirib.

Cümə günü Hindistan hökuməti Nazirlər Kabinetinin iclasında imtahanlarda saxtakarlıq edən şəxslərə qarşı sürətləndirilmiş məhkəmə prosedurlarının və sərt cəzaların tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Sənədin yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

2024-cü ildə yenidən baş nazir seçildikdən sonra ilk dəfə ciddi etirazlarla üzləşən Narendra Modi cümə günü axşam sosial şəbəkələrdə yayımladığı videomüraciətdə etirazçılara ictimai müzakirələrə verdikləri “müsbət töhfəyə” görə təşəkkür edib.

Etiraz aksiyaları iyunun sonunda Nyu-Dehlidəki Cantar Mantar meydanında başlayıb. Aksiyalar internetdə yaradılmış satirik “Tarakanlar Xalq Partiyası”nın (CJP) çağırışı ilə təşkil olunub. Hərəkat Ali Məhkəmənin sədrinin işsiz gəncləri “tarakanlar” adlandırmasına cavab olaraq formalaşıb.

Tələbələr tibb fakültəsinə qəbul imtahanının suallarının əvvəlcədən sızdırılmasından sonra təhsil nazirinin istefasını tələb edirdilər. CJP-nin məlumatına görə, təxminən 2 milyon abituriyent imtahanı yenidən verməli olub, 20-dən çox gənc isə intihar edib.

Hindistanda 25 yaşdan aşağı əhali ölkə əhalisinin təxminən 40 faizini təşkil edir. Gənclər üçün nüfuzlu ali məktəblərə və dövlət qulluğuna qəbul imtahanları sosial yüksəlişin əsas vasitəsi hesab olunur və ailələr buna illərlə vəsait xərcləyirlər.

Banqalordakı Azim Premji Universitetinin mart ayında dərc etdiyi araşdırmaya əsasən, ali təhsilli 15–25 yaşlı gənclər arasında işsizlik səviyyəsi 40 faizə, 25–29 yaşlılar arasında isə 20 faizə yaxındır.

Hindistan Prezindentinin qərarı ilə Prahlad Coşi yeni təhsil naziri təyin edilib.

Xəbər lenti

Xəbər lenti