İspaniyada fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 24 İyul 2026 10:15 (UTC +04:00)
İspaniyada fövqəladə vəziyyət elan edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya hakimiyyəti meşə yanğınları ilə əlaqədar Madrid muxtar icması və Avila vilayətində (Kastiliya və Leon muxtar icması) fövqəladə vəziyyət elan edib.

Bu barədə krallığın Müdafiə Nazirliyinin rəsmi “X” səhifəsində məlumat yayılıb.

"Bildiririk ki, Madrid və Aviladakı meşə yanğınları ilə əlaqədar milli əhəmiyyətli fövqəladə vəziyyət elan olunub", – deyə paylaşımda qeyd edilir.

Alovun sürətlə yayılması səbəbindən hakimiyyət orqanları 10 mindən çox sakini təxliyə edib.

Madrid muxtar icmasının fövqəladə hallar xidmətinin açıqlamasına görə, yanğınlar hələ də lokallaşdırılmayıb və nəzarət altına alınmayıb.

Bundan əlavə, ölkənin demək olar ki, bütün ərazisində son dərəcə yüksək yanğın təhlükəsi səviyyəsi qalmaqdadır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti