ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər

Dünya xəbərləri Materials 23 İyul 2026 11:30 (UTC +04:00)
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyası Malidə fəaliyyət göstərən "Cəmaat Nüsrət əl-İslam vəl-Müslimin" (CNİM) terror qruplaşmasına qarşı hərbi əməliyyat keçirmək imkanını müzakirə edir.

Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ hakimiyyəti belə bir əməliyyat həyata keçirmək qərarı verərsə, Mali Trampın ikinci prezidentlik müddətinin başlanmasından bəri zərbələr endirilməsi barədə göstəriş verdiyi səkkizinci ölkə olacaq. Həmin siyahıya Yəmən, Somali, Suriya, İran, İraq, Nigeriya və Venesuela daxildir.

Ağ Ev Trampın Maliyə zərbələr endirmək barədə göstəriş verməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala birbaşa cavab verməyib. Bunun əvəzində bildirilib ki, ABŞ Şimali və Qərbi Afrika ölkələrinin hakimiyyətlərini terrorçulara qarşı mübarizəni müstəqil aparmaq üçün Amerika istehsalı olan hərbi texnika almağa çağırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti