Peşə təhsili müəssisələrinə qəbul başlayıb

Cəmiyyət Materials 23 İyul 2026 11:10 (UTC +04:00)
Peşə təhsili müəssisələrinə qəbul başlayıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, qəbul prosesinin ilk mərhələsində abituriyentlər iyulun 23-dən avqustun 10-dək portal.edu.az platformasında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçəcəklər.

İlqar Bayramlı qeyd edib ki, abituriyentlər 5-dək ixtisas seçimi edə biləcəklər.

"Qəbulun nəticələri avqustun 14-15-də şəxsi kabinet və SMS vasitəsilə elan olunacaq. Qəbul olunan şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı isə avqustun 16-25-də aparılacaq. Bu mərhələdə tələbələr müvafiq təhsil müəssisələrinə sənədlərini təqdim etməlidirlər", – deyə o bildirib.

İlqar Bayramlı, həmçinin bu il peşə təhsilinə cəlb olunanların sayı açıqlayıb. O qeyd edib ki, cari tədris ili üzrə peşə təhsilinə 28 140 tələbənin qəbul olunması hədəflənir.

Onun sözlərinə görə, dövlət sifarişi genişləndirilir və əlçatanlıq artır:

"Qəbul planının 74%-ni (24 425 yer) dövlət sifarişli yerlər təşkil edir. Dövlət sifarişli plan yerlərinin sayı son 4 ildə 52% artıb.

Bu ildən əmək bazarının ehtiyaclarına uyğun 5 yeni ixtisas tədris olunacaq: geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru və çörək ustası.

Eyni zamanda, qadınların peşə təhsilində iştirakı 2025-ci ildə 40 faizə yüksəlib. 2026-cı ildə 500-dək müəllimin ixtisasartırma və beynəlxalq təlimlərə cəlb edilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə Dövlət Proqramı çərçivəsində 21 ixtisas üzrə 532 şəxsə təlim keçirilməsi nəzərdə tutulub".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti